Azərbaycan çempionatına 150-dən çox avarçəkən qatılıb
09.05.2008 - 10:05
Mingəçevir. Elşən Məmmədov-APA-Sport. Bu gün Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Fikrət Zeynalov çempionatda 150-dən çox idmançının iştirak etdiyini söyləyib. F.Zeynalov bildirib ki, avarçəkənlərin 80-dən çoxu akademik, 70-i isə kayak və kanoe qayıqlarında çıxış edəcək. Federasiyanın yarandığı qısa müddət ərzində kütləviliyə xüsusi diqqət yetirildiyini vurğulayan AMAF rəsmisi bu çempionatda bir çox yeni avarçəkənlərin sınaqdan çıxarılacağını açıqlayıb. Mingəçevir şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Ramiz Əliyev də çıxış edərək, avarçəkmənin son illər şəhərin idman həyatında xüsusi yer tutmağa başladığını vurğulayıb.
Qeyd edək ki, ölkə birinciliyi 18 yaşadək, həmçinin 23-dək və ondan yuxarı yaş qruplarında keçiriləcək. Çempionata mayın 11-də yekun vurulacaq.
Qeyd edək ki, ölkə birinciliyi 18 yaşadək, həmçinin 23-dək və ondan yuxarı yaş qruplarında keçiriləcək. Çempionata mayın 11-də yekun vurulacaq.
0
0