Novruz Temrezovla Xetaq Qazyumov Azərbaycan yığmasından ayrılıblar
09.05.2008 - 11:17
Vladiqafqaz. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləşçiləri Novruz Temrezov və Xetaq Qazyumov milli komandanın Rusiyanın Mahaçqala şəhərində keçirdiyi təlim-məşq toplantısından ayrı düşüblər. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş hər iki güləşçimiz Vladiqafqaz şəhərinə yollanıblar. Onlar Osetiya güləşçiləri ilə birgə hazırlıq prosesi keçəcəklər. Milliyyətcə qaraçay-çərkəz N.Temrezovla (84 kq) osetin X.Qazyumov (96 kq) sabah Mahaçqalada start götürəcək dağıstanlı güləşçi Əli Əliyevin xatirəsinə beynəlxalq turnirə də çıxış etməyəcəklər.
Qeyd edək ki, millimizin növbəti toplanışı mayın 17-dən 30-dək Vladiqafqazda olacaq.
Qeyd edək ki, millimizin növbəti toplanışı mayın 17-dən 30-dək Vladiqafqazda olacaq.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0