Bu gün Bakıda “Prezident kuboku” beynəlxalq şahmat festivalı başlayacaq
09.05.2008 - 13:53
Bakı. Kənan Həsənov-APA-Sport. Bu gün Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, İsveçrə sistemi ilə keçiriləcək yarışın mükafat fondu 85000 ABŞ dolları həcmində müəyyənləşdirilib. Festivalın xüsusi maraq doğuran nüfuzlu açıq turnirində ingiltərəli Naycel Şort və isveçrəli Viktor Korçnoy kimi tanınmış qrossmeysterlərin iştirakı nəzərdə tutulub. Mayın 12-də başlanacaq açıq turnirin qalibi 7000 dollar və kuboka sahib çıxacaq. Festival çərçivəsində uşaqlar, qadınlar və veteranlar arasında yarış, eləcə də, blits turnir təşkil olunacaq.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0