Azərbaycan güləşçisi Vitali Rəhimov Olimpiya lisenziyalı turnirin 1/8 finalında məğlub olub – YENİLƏNİB-1
10.05.2008 - 12:01
Azərbaycan güləşçisi Vitali Rəhimov Olimpiya lisenziyalı turnirin 1/8 finalında məğlub olub – YENİLƏNİB-1
Roma. Elşən Məmmədov - APA-Sport. İtaliyanın paytaxtı Romada keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirində bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Vitali Rəhimovla Aydın Səfərov mübarizəyə qoşulub. «APA-Sport» agentliyinin məlumatına görə, «Milone Trophy» adlanan turnirdə 60 kq çəkidə mübarizə aparan V. Rəhimov ilk görüşünü 1/16 finalda Ceyms Qrunvalda (ABŞ) qarşı keçirib. 2005-ci ildə Avropa çempionu adını qazanan həmyerlimiz ciddi müqavimətlə üzləşmədən qələbə qazanıb. V. Rəhimov növbəti qarşılaşmada Davor Stefaneki (Serbiya) sınağa çəkib. Güləşçimiz bu görüşdən məğlub ayrılıb. Digər təmsilçimiz A.Səfərov (96 kq) isə ilk görüşündə 1/16 finalda İqor Kostinlə (Latviya) üz-üzə gəlib. Görüş pəhləvanımızın məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, turnirin ilk günündə yığmamızın gürcüstanlı üzvü Şalva Qadabadze (84 kq) ilk görüşdəcə məğlub olaraq, 36 güləşçi arasında 24-cü yeri tutub.

0