Azərbaycanın kamandan oxatanı viza problemi ucbatından lisenziya xarakterli Avropa çempionatına qatıla bilməyib
13.05.2008 - 16:52
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan kamandan oxatanı Emil Akçurin viza problemi ucbatından bu gün Fransanın Vital şəhərində start götürən lisenziya xarakterli Avropa çempionatından kənarda qalıb. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) vitse-prezidenti Namiq Hüseynov məlumat verib. Onun sözlərinə görə, E.Akçurinin sənədləri Fransanın ölkəmizdəki səfirliyinə gec təqdim olunub: “Apreldə Xorvatiyada keçirilən Dünya Kubokunun nəticələrinə əsasən, Avropa çempionatında Emil Akçurinin iştirakını məqsədəuyğun hesab etdik. Lakin vaxt qıtlığı üzündən viza almaq üçün sənədləri Fransa səfirliyinə zamanında verə bilmədik”. Analoji problem AKOF prezidenti Şahin Mövsümovun da xaricə səfərinə maneçilik törədib. Ş.Mövsümovun Avropa Kamandan Oxatma Federasiyasının hesabat-seçki konfransına qatılması nəzərdə tutulmuşdu.
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
0
0