Olimpiya lisenziyalı II təsnifat turnirinə yollanacaq Azərbaycan yunan-Roma güləşçiləri müəyyənləşib
13.05.2008 - 17:44
Bakı. Elşən Məmmədov-APA-Sport. Serbiyanın Novi Sad şəhərində keçiriləcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II təsnifat turnirində çıxış edəcək Azərbaycanın yunan-Roma güləşçiləri müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə millimizin məşqçisi Bəhram Mürvətov məlumat verib. Onun sözlərinə görə, mayın 23-də start götürəcək turnirə Şalva Qadabadze (84 kq) və Aydın Səfərov (96 kq) yollanacaq. Ş.Qadabadze yarışın ilk günündə döşək üzərinə çıxacaq. Ertəsi gün A.Səfərov qüvvəsini sınayacaq. Hər iki idmançımız Pekin Olimpiadasına vəsiqə qazanmaq üçün öz çəkilərində ilk “üçlüy”ə girməlidirlər. B.Mürvətov bildirib ki, 96 kq çəkidə millimizin rusiyalı legioneri Denis Mişin çiynindən aldığı zədə üzündən son lisenziya turnirini də buraxacaq.
Xatırladaq ki, indiyədək “klassik” güləşçilərimiz Yay Olimpiya Oyunlarına 7 mümkün vəsiqədən beşinə sahib çıxıblar.
Xatırladaq ki, indiyədək “klassik” güləşçilərimiz Yay Olimpiya Oyunlarına 7 mümkün vəsiqədən beşinə sahib çıxıblar.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0