Olimpiya çempionu Namiq Abdullayev Vladiqafqaza təlim-məşq toplanışına aparılmır
14.05.2008 - 10:11
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə yığma komandası mayın 17-də Rusiyanın Vladiqafqaz şəhərinə yollanacaq. Millimizin məşqçisi Rövşən Umudovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, iki həftə davam edəcək toplanışa 12 pəhləvan qatılacaq. Az öncə Mahaçqala şəhərindəki hazırlıq prosesində olduğu kimi, Şimali Osetiya paytaxtına olimpiya çempionu Namiq Abdullayev aparılmayacaq. O, Bakıda qalaraq fərdi proqramla hazırlığını davam etdirəcək. Əvəzində əsas milliyə gənclərdən ibarət yığmamızdan rusiyalı legionerlər Şərif Şərifov (84 kq) və Mixail Qazzayev (120 kq) cəlb olunacaq. Qalan 10 güləşçi isə Namiq Sevdimov, Ceyhun Əliyev (hər ikisi 55 kq), Zəlimxan Hüseynov, Allahverdi Vəliyev (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev, Maksim Proxorov (hər ikisi 120 kq) olacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0