Azərbaycanın 13 şahmatçısı “Prezident kuboku” festivalının açıq turnirində maksimum nəticə göstəriblər
14.05.2008 - 10:38
Bakı. Kənan Həsənov-APA-Sport. Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, festivalın nüfuzlu açıq turnirində II turun oyunları keçirilib. Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov, Rəsul İbrahimov, Fərhad Tahirov, Eltac Səfərli, Rəşad Babayev, Fərid Abbasov, Loğman Quliyev, Sənan Dövlətov, Vüqar Rəsulov, Müşfiq Əsgərov və Ramil Əllacov maksimum nəticə ilə liderlər qrupunda qərarlaşıblar. Turnirin favoritlərdən sayılan Vadim Milov, Viktor Korçnoy (hər ikisi İsveçrə), İvan Sokolov (Hollandiya), Aleksandr Belyavski (Sloveniya), Arkadi Naydiç (Almaniya) və Antoaneta Stefanova (Bolqarıstan) da ardıcıl iki görüşdə qələbə qazanıblar.
Veteranların birinciliyində II turdan sonra Eldar Cahangirovla Akif Vəlibəyov maksimum nəticə göstəriblər. Uşaqların yarışında isə 4 turdan 4 xal toplayan Azərbaycana şahmatçıları Anton Durnevlə Cəlal Hüseynov liderdirlər.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən festivalın mükafat fondu 85000 ABŞ dolları həcmində müəyyənləşdirilib. Açıq turnirin qalibi 7000 dollar və kuboka sahib çıxacaq.

0
0