Zemfira Meftahəddinova Pekin Olimpiadasına İtaliyada hazırlaşır
14.05.2008 - 12:13
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın stend atıcıları təlim-məşq toplanışı keçmək üçün İtaliyanın Lonato şəhərinə yollanıblar. “APA-Sport” agentliyinin məlumatına görə, hazırlıq prosesinə 5 idmançı - Zemfira Meftahəddinova, Regina Meftahəddinova, Emin Cəfərov, Nurlanə Cəfərova və Elvin İsmayılov qatılıb. Stend atıcılarımız baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında mayın 24-dək Lonatoda təlim-məşqdə olacaqlar. Səfər çərçivəsində, həmçinin yığma üzvlərinin silahlarının təmir edilməsi də nəzərdə tutulub. Təlim-məşq toplanışı Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın yeganə stend atıcısı Z.Meftahəddinova üçün əhəmiyyət kəsb edir. Sidney Olimpiadasının qalibi Lonatodakı hazırlıq prosesini başa vurduqdan sonra Almaniyada təşkil olunacaq Dünya Kubokunda qüvvəsini sınayacaq. Bu yarışa Z.Meftahəddinovadan başqa daha bir neçə idmançının da aparılacağı gözlənilir.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0