Azərbaycan milli komandası reytinq cədvəlində mövqeyini qoruyub
14.05.2008 - 13:05
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının üzvlərinin mövqeyində dəyişiklik qeydə alınıb. İdmançılarımızdan ən yaxşı göstərici yenə Janna Muradqızına məxsusdur. Altı pillə irəliləyən rusiyalı legioner 22 xalla 86-cı sırada qərarlaşıb. Pekin Olimpiadasına yollanmağa namizəd Səbinə Əmrahzadə üç pillə irəliləyib və 16 xalla 110-cu yeri tutub. Bir pillə irəliləyən Sevil Bünyatova (10 xal) 135-ci, üç pillə geriləyən Aidə Ələsgərova (4 xal) 189-cu olub. Milli komandamızın mövqeyində isə dəyişiklik qeydə alınmayıb. Hesabında 148 xal olan yığmamız 33 komandanın sıralamasında 15-ci yeri tutub.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
0
0