Azərbaycan sərbəst güləş yığması Xasavyurta gedir
14.05.2008 - 14:17
Azərbaycan sərbəst güləş yığması Xasavyurta gedir
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət milli komandası sabah Rusiyanın Xasavyurt şəhərinə yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Arif Abdullayev məlumat verib. Onun sözlərinə görə, komandamız mayın 17-də start götürəcək beynəlxalq turnirə qatılacaq. Yarışda Orxan Nəsirov (50 kq), Azər Paşayev, Məhərrəm Quliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev, Raqif Məmmədov (hər ikisi 60 kq), İbrahim Muxtarov, Zaur Ələkbərov (hər ikisi 66 kq), Nurlan Ramazanov (74 kq), Turqay Məmmədov (84 kq), Sənan Bağırov (96 kq) və Peyman Əliyev (120 kq) qüvvəsini sınayacaq. Turnir iki gün davam edəcək.
0