Tanınmış idmançılar və mütəxəssislər Azərbaycanın dövlət müstəqilliyinin nə vaxt bərpa olunduğunu bilmirlər - SORĞU
14.05.2008 - 16:12
Ağası Məmmədov (boks üzrə dünya çempionu): “1993-cü ildə. Ya 7-ci, ya da 10-cu ayda olmalıdır. Deyəsən, iyulda Qələbə bayramına oxşar bir bayramımız olmalıdır”.
Əli İsmayılov (peşəkar boksçu, WBO Latino versiyası üzrə qızıl kəmərin sahibi): “1992-ci ildə. Amma ayını dəqiq deyə bilmərəm”.
Lyudmila Şubina (həndbol üzrə Olimpiya çempionu): “Bilmirəm!”
Rəfiqə Şabanova (həndbol üzrə Olimpiya çempionu): “Ya 1993, ya da 1995-ci ildə. Sovet İttifaqı dağılandan sonra müstəqilliyimizi bərpa etdik. Konkret tarixi isə bilmirəm”.
Rafael Ağayev (karate üzrə dünya çempionu): “Bilmirəm. Biz idmançı adamlarıq. Belə suallarla bizi pis vəziyyətdə qoyursunuz”.
Niyaməddin Paşayev (taekvondo üzrə dünya çempionu): sualı dinlədikdən sonra bir müddət fikirləşir və heç nə demədən telefonunu söndürür.
Rəşad Əhmədov (taekvondo üzrə 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi): “1991-ci ildə. Ay və günü dəqiq bilmirəm”.
Arif Əsədov (futbolçu, gənclər arasında Avropa çempionu): “1991-ci ildə. Deyəsən, ya may, ya da avqustda olmalıdır”.
Fərid Mansurov (Yunan-Roma güləşi üzrə dünya çempionu): “1991-ci ildə. Ay və günü dəqiq deyə bilmərəm”.
Namiq Sevdimov (sərbəst güləş üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi): “İndi avtobusdayam. Danışa bilmirəm”.
Arif Abdullayev (dünya çempionu, Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının baş məşqçisi): “1992-ci il oktyabrın 18-də”.
Firdovsi Umudov (Azərbaycanın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi): “1993-cü ildə. Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra”.
Aslan Kərimov (futbol üzrə «Qarabağ» klubunun və Azərbaycan yığma komandasının kapitanı): “1990-cı il mayın 28-də”.
Rəşad Sadıqov (“Neftçi” klubunun və Azərbaycan yığmasının futbolçusu): “Səhv etmirəmsə, 1992-ci ildə. Yox, 1991-də. Ay və gününü bilmirəm”.
Elmar Baxşıyev (futbolçu, “Xəzər-Lənkəran” klubunun kapitanı): “1991-ci il oktyabrın 18-də”.
Qeyd: Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi Bəyannamə əsas götürülərək, 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının istiqlaliyyəti haqda Bəyannamə qəbul edib. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Sovetində “Azərbaycanın müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı” qəbul olunub, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Həmin tarixdən - 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil ölkədir və hər il bu bayram dövlət səviyyəsində qeyd olunur.

0
0