Qus Hiddink Rusiya yığmasına çağırdığı futbolçuların adlarını açıqlayıb
14.05.2008 - 17:43
Moskva. Elşən Məmmədov-APA-Sport. Rusiya milli komandasının 7-29 iyunda Avstriya və İsveçrədə təşkil olunacaq Avropa çempionatına hazırlaşacaq futbolçularının adları açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Qus Hiddinkin müəyyənləşdirdiyi ilkin siyahıya 25 oyunçu daxil edilib. Həmin futbolçular arasında oyun praktikası yığmaq üçün İspaniyanın “Sevilya” klubundan Moskva “Dinamo”suna keçən hücumçu Aleksandr Kerjakov yer almayıb.
Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov («Amkar»), Vyaçeslav Malafeyev («Zenit»).
Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı MOİK), Aleksandr Anyukov, Roman Şirokov (hər ikisi «Zenit»), Denis Kolodin («Dinamo»), Rinat Yanbayev («Lokomotiv»).
Yarımmüdafiəçilər: Konstantin Zıryanov («Zenit»), Aleksandr Pavlenko, Vladimir Bıstrov (hər ikisi «Spartak»), Yuri Jirkov (MOİK), İqor Semşov («Dinamo»), Diniyar Bilyaletdinov, Dmitri Torbinski (hər ikisi «Lokomotiv»), Sergey Semak («Rubin»), İvan Sayenko («Nürnberq»), Oleq İvanov («Krılya Sovetov»).
Hücumçular: Pavel Poqrebnyak, Andrey Arşavin (hər ikisi «Zenit»), Roman Pavlyuçenko («Spartak»), Roman Adamov («Moskva»), Dmitri Sıçev («Lokomotiv»).
Mayın 18-dən bir araya gələcək Rusiya yığması bundan beş gün sonra Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək. Avropa çempionatının iştirak siyahısına salınacaq 23 futbolçunun adları isə mayın 28-də açıqlanacaq. Qus Hiddinkin komandası D qrupunda İspaniya, İsveç və Yunanıstanla mübarizə aparacaq.
Qeyd edək ki, Rusiya millisi 2010-cu il dünya çempionatının 4-cü seçmə qrupunda Azərbaycan yığmasına rəqib olacaq.

0
0