Rusiyanın “Zenit” klubu UEFA kubokunun qalibi olub
15.05.2008 - 10:03
Mançester. Elşən Məmmədov-APA-Sport. Rusiyanın “Zenit” klubu tarixində ilk dəfə UEFA kubokuna sahib çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, Sankt-Peterburq şəhərinin komandası İngiltərənin Mançester şəhərindəki “City of Manchester” stadionunda keçirilən final matçında “Reyncers” (Şotlandiya) üzərində qələbə qazanıb – 2:0. Bununla da “Zenit” 1971/72 mövsümündə Kuboklar Kubokunun finalında Moskva “Dinamo”sunu məğlub etmiş qlazqolulardan əvəz çıxıb. Hazırda sankt-peterburqluluları çalışdıran Dik Advokat isə keçmiş komandasını yenərək, məşqçilik karyerasında ilk dəfə Avropa kubokunu başı üzərinə qaldırıb. “Zenit” həm də üç ildən sonra UEFA kubokunu yenidən Rusiyaya gətirib. Belə ki, 2004-2005 mövsümünün finalında “Sportinq” (Portuqaliya) üzərində 3:1 hesablı qələbə qazanan MOİK də eyni uğura imza atmışdı. Ümumiyyətlə, son 5 mövsümdə UEFA kuboku bir qayda olaraq, İspaniya və Rusiyaya gedib. Belə ki, MOİK və “Zenit”lə yanaşı, İspaniyanın “Valensiya” klubu 2003/2004, “Sevilya” isə 2005/2006 və 2006/2007 mövsümlərində kubokun qalibi olub.
“Zenit” (Rusiya) – “Reyncers” (Şotlandiya) – 2:0
Denisov, 72, Zıryanov, 90+4
Dik Advokat (“Zenit”in baş məşqçisi): “Həyatda belə kubokları qazanmaq heç də hər zaman mümkün olmur. Karyeram ərzində dəfələrlə müxtəlif çempionatların qalibi olmuşam, amma heç vaxt bu cür mükafata sahib çıxmamışam. Ona görə də bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malik olacaq. Çox xoşbəxtəm ki, UEFA kubokunun qalibi olduq. Bu gün iki gözəl qol vurduq, 90 dəqiqə ərzində dominantlıq etdik. Həqitətən də kuboku qazanmağa layiq idik”.
Uolter Smit (“Reyncers”in baş məşqçisi): “İlk yarıda rəqib daha yaxşı çıxış etdi. Fasilədən sonra fəallaşdıq, amma yerinə düşməyən qol buraxdıq. Rəqibin heyətində İqor Denisov və Andrey Arşavinin çıxışından fərəhlənməyə bilmərəm. Onlar 18 matçdan ibarət bütün Avrokubok mövsümü boyunca əla formada idilər. Bizim bu günkü oyunun qəhrəmanı olan Arşavin kimi lider keyfiyyətlərə malik oyunçumuz çatışmırdı”.

0
0