Rusiya, İran, Gürcüstan idmançıları Açıq Azərbaycan çempionatına qatılacaqlar
15.05.2008 - 11:52
Rusiya, İran, Gürcüstan idmançıları Açıq Azərbaycan çempionatına qatılacaqlar
Bakı. Elşən Məmmədov-APA-Sport. Bu gün “Empire” otelində Bakıda start götürəcək K-1 üzrə Açıq Azərbaycan çempionatının II seçmə turu ilə əlaqədar mətbuat konfransı keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə çıxış edən K-1 döyüşlər şəbəkəsinin Azərbaycandakı nümayəndəsi Azər Həsənsoy yarışa Azərbaycan, İran, Rusiya və Gürcüstandan ümumilikdə 8 idmançının qatılacağını söyləyib. Belə ki, ölkəmizi İlkin Şirinov, Musa Abdullayev, Emin Bayramov, Tural Əliyev və Ramil Baxışov, Rusiyanı Muxtar Süleymanov, Gürcüstanı Dato Cavaxiya, İranı isə Məhəmməd Rza təmsil edəcək. Onlar K-1 Max versiyası üzrə 70 kq çəki dərəcəsində hər biri 3 dəqiqədən ibarət 3 raundluq olmaqla, öz aralarında olimpiya sistemi ilə döyüşəcəklər. Həmçinin, 75 kq çəki dərəcəsində Nahid Əsədov ötən il qazandığı D-8 üzrə Azərbaycan kəmərinin müdafiə etmək üçün Rza Əmiraslanovla qarşılaşacaq. Yarış üç gün davam edəcək. A.Həsənsoy, həmçinin bildirib ki, iyun və iyul aylarında çempionatın daha iki mərhələsi təşkil ediləcək. Hər bir mərhələnin qalibləri sentyabrda keçiriləcək finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, I mərhələnin qalibi Pərviz Abdullayev olub.
0