Azərbaycanın ən güclü taekvondoçuları ölkə çempionatına buraxılmayacaqlar
15.05.2008 - 12:14
Bakı. Aqşin Əliyev - APA-Sport. Mayın 24-25-də Bakı İdman Sarayında keçiriləcək açıq Azərbaycan çempionatında ölkəmizin ən güclü taekvondoçuları iştirak etməyəcəklər. Bu haqda “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, dünya çempionu Niyaməddin Paşayev və Avropa çempionu İlkin Şahbazov zədə ucbatından qarşıdakı yarışı buraxacaqlar: “Niyaməddinlə İlkin sonuncu Avropa çempionatında diz nahiyələrindən zədələnmişdi. Onlar müayinədən keçiblər və ola bilsin ki, müalicə olunmaq üçün bu yaxınlarda Türkiyəyə yollanacaqlar”. Bundan başqa, Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış yeganə taekvondoçumuz Rəşad Əhmədov da açıq Azərbaycan çempionatında döyüşməyəcək. Ə.İmaməliyev bildirib ki, 27 yaşlı idmançını potensial zədədən qorumaq məqsədilə ona istirahət veriləcək. Baş məşqçi çempionatda ölkəmizin 4 və ya 5 komanda ilə təmsil olunacağını da söyləyib.
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
0
0