Azərbaycanın hakimləri beynəlxalq dərəcə almaq üçün imtahan verəcəklər
15.05.2008 - 15:02
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın cüdo hakimləri Elmar Babanlı və Fariz Hüseynov beynəlxalq dərəcə almaq üçün Yunanıstanın paytaxtı Afinada keçiriləcək imtahana hazırlaşırlar. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Cüdo Federasiyasının baş katibi Zair Məmmədov məlumat verib. Həmyerlilərimiz 12-14 iyun aralığında baş tutacaq imtahanlarda özlərini yaxşı tərəfdən göstərə bilsələr, bundan sonra beynəlxalq turnirlərə, Avropa və dünya çempionatlarına təyinat alacaqlar. Bir neçə il öncə beynəlxalq dərəcəyə layiq görülmüş Valeh Məhərrəmov isə mayın sonlarında İngiltərəyə yollanacaq. O, paytaxt Londonda təşkil olunacaq ixtisasartırma kurslarına qatılacaq.
Qeyd edək ki, Zair Məmmədov və Valeh Məhərrəmovdan başqa Azərbaycanda beynəlxalq dərəcəli cüdo hakimi yoxdur.
Qeyd edək ki, Zair Məmmədov və Valeh Məhərrəmovdan başqa Azərbaycanda beynəlxalq dərəcəli cüdo hakimi yoxdur.
0
0