Azərbaycanın güllə atıcıları sabah Dünya Kubokunda mübarizəyə qoşulacaqlar
16.05.2008 - 10:22
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə növbəti Dünya Kuboku start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanı 4 idmançı təmsil edəcək. Turnirdə Nigar Bağırova, Ruslan Lunyov, Şükürağa Eyvazov və Mehriban Məcidova mübarizə aparacaqlar. İlk üç idmançı hədəfə tapança, M.Məcidova isə pnevmatik tüfənglə atəş açacaq. Bu dəfəki yarışda ölkəmizin ən titullu güllə atıcısı İradə Aşumova çıxış etməyəcək ki, bu da təsadüfi hal sayılmamalıdır. Məsələ burasındadır ki, İ.Aşumova Pekin Olimpiadasına lisenziya qazana bilmədiyindən Gənclər və İdman Nazirliyi rəhbərliyi onun Almaniyaya ezam olunması üçün maddi vəsait ayırmayıb. Həmçinin, yığmanın baş məşqçisi Vladimir Lunyova səfər xərcləri verilməsə də, o, şəxsi vəsait hesabına Münhenə yollanıb. Dünya Kuboku mayın 22-də yekunlaşacaq.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0