Türkiyənin gənclər və idman naziri: “2016-cı il Olimpiadası Avropada keçirilə bilməz”
16.05.2008 - 10:24
Bakı. Elşən Məmmədov - APA-Sport. “2016-cı il Olimpiadası uğrunda mübarizədə Avropa qitəsində yerləşən şəhərin qələbə şansları çox azdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin gənclər və idman naziri Mehmet Atalay deyib. Onun sözlərinə görə, Yay Olimpiya Oyunlarının təşkili ardıcıl iki dəfə eyni qitəyə həvalə olunmur. 2012-ci il Yay Olimpiadasının Londonda (İngiltərə) keçiriləcəyini deyən M.Atalay növbəti Olimpiya Oyunlarının Avropanın daha bir şəhərində baş tutmasına razılıq verilməyəcəyini vurğulayıb: “Olimpiadalar dalbadal eyni qitəyə verilmir. Bunu 2016-cı il Olimpiadası uğrunda mübarizəyə Avropanın böyük şəhərlərindən yalnız Madridin qatılması da təsdiqləyir. Biz də bu amili nəzərə alaraq, İstanbul şəhərinin namizədliyini irəli sürmədik”.
Qeyd edək ki, 2016-cı il Olimpiadasını təşkil etməyə Madrid (İspaniya), Praqa (Çexiya), Tokio (Yaponiya), Doha (Qətər), Çikaqo (ABŞ) və Rio-de-Janeyro (Braziliya) şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakı da namizəddir. Beynəlxalq Olimpiya Komitəsi ikinci mərhələyə keçəcək şəhərlərin adını iyunun 4-də, qalibi isə 2009-cu il oktyabrın 2-də müəyyənləşdirəcək.

0
0