Çingiz Hüseynzadə: “2016-cı il Olimpiadası uğrunda mübarizədə həm qalib gəlməyə, həm də məğlub olmağa hazırıq”
16.05.2008 - 16:10
“APA-Sport” agentliyinin məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Onun fikrincə, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyi irəli sürülərkən, bu məsələ ilə bağlı bütün amillər hərtərəfli nəzərdən keçirilib: “Biz 2016-cı il Olimpiadası uğrunda mübarizədə həm qalib gəlməyə, həm də məğlub olmağa hazırıq. Yəni, hər iki variant mümkündür. İstənilən halda, biz bu mübarizədə iştirak edirik. “Bakı-2016”nın Təşkilat Komitəsinin hazırladığı və Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyi Sifariş Kitabı çox böyük rəğbətlə qarşılanıb. Kitabın səviyyəsi və qaldırılan məsələlər olduqca önəmli və vacibdir”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi ikinci mərhələyə keçəcək şəhərlərin adını iyunun 4-də, qalibi isə 2009-cu il oktyabrın 2-də müəyyənləşdirəcək.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi ikinci mərhələyə keçəcək şəhərlərin adını iyunun 4-də, qalibi isə 2009-cu il oktyabrın 2-də müəyyənləşdirəcək.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0