Almaniya yığmasının heyəti açıqlanıb
16.05.2008 - 18:19
Bakı. Elşən Məmmədov-APA-Sport. Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv iyunun 7-də Avstriya və İsveçrədə start götürəcək Avropa çempionatına hazırlaşacaq futbolçuların ilkin siyahısını açıqlayıb. «APA-Sport» agentliyinin məlumatına görə, 26 oyunçunun yer aldığı siyahıda ən böyük gözlənilməzlik İspaniyanın «Valensiya» klubunun şərəfini qoruyan Timo Hildebrandın heyətdən kənarda qalmasıdır.
Qapıçılar: Yens Lemann («Arsenal», İngiltərə), Robert Enke («Hannover-96»), Rene Adler («Bayer-04»).
Müdafiəçilər: Kristof Metselder («Real» Madrid, İspaniya), Per Mertezaker, Klemens Frits (hər ikisi «Verder»), Filipp Lam, Marsel Yansen (hər ikisi «Bavariya», Almaniya), Arne Fridrix («Herta»), Hayko Vestermann («Şalke-04»).
Yarımmüdafiəçilər: Mixael Ballak («Çelsi», İngiltərə), Tomas Hitslşperger («Ştutqart»), Simon Rolfes («Bayer-04»), Torsten Frinqs, Tim Borovski (hər ikisi «Verder»), Bastian Şvaynştayger («Bavariya»), Pyotr Troxovski («Hamburq»), Cermeyn Cons («Şalke-04»), David Odonkor («Betis», İspaniya), Marko Marin («Borussiya» M).
Hücumçular: Miroslav Kloze, Lukaş Podolski («Bavariya»), Mario Qomes («Ştutqart»), Kevin Kuranyi («Şalke-04»), Oliver Noyvill («Borussiya» M), Patrik Helmes («Köln»).
Qeyd edək ki, Almaniya yığması qitə birinciliyində Avstriya, Polşa və Xorvatiya ilə birgə B qrupunda mübarizə aparacaq. Dünya çempionatının seçmə mərhələsində isə «bundestim» Azərbaycan millisinin 4-cü qrupda rəqibi olacaq.

0
0