Teymur Rəcəbov “M-Tel Masters” turnirində Levon Aronyanı mat qoyub
17.05.2008 - 10:15
Qara fiqurlarla oynayan həmyerlimiz 44-cü gedişdə rəqibini məğlub edib. Lider Vasili İvançukun (Ukrayna) Bu Xianqzi (Çin) ilə görüşü heç-heçə nəticələnib. Bolqarıstanlılar Veselin Topalov - İvan Çeparinov oyununda isə birinci qalib gəlib. Beləliklə, V.İvançuk xalını 6,5-ə çatdıraraq, zirvədəki yerini möhkəmləndirib. Ondan yarım xal geri qalan V.Topalov əvvəlki kimi ikinci pillədə qərarlaşıb. T.Rəcəbov ardıcıl ikinci qələbə sayəsində 4,5 xalla 3-cü yerə yüksəlib. Növbəti sıralara İ.Çeparinov (3,5 xal), L.Aronyan (2) və B.Xianqzi (1,5 xal) sahib çıxıb. Şahmatçımız bu gün yerli idmançı İvan Çeparinovu sınağa çəkəcək. Yarışın son turu isə mayın 18-nə təyin olunub.
Qeyd edək ki, “M-Tel Masters” superturnirində 2 qələbə qazanan T.Rəcəbov 1 dəfə məğlubiyyətə uğrayıb, 5 turda isə heç-heçə oynayıb.
Qeyd edək ki, “M-Tel Masters” superturnirində 2 qələbə qazanan T.Rəcəbov 1 dəfə məğlubiyyətə uğrayıb, 5 turda isə heç-heçə oynayıb.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0