“Araz” klubu Azərbaycan kuboku uğrunda yarışa qələbə ilə başlayıb
17.05.2008 - 10:31
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə XIV Azərbaycan kuboku uğrunda yarışın qrup mərhələsində ilk tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, dördqat ölkə çempionu və üç dəfə kubokun qalibi olmuş “Araz” klubu turnirə qələbə ilə başlayıb. Naxçıvan təmsilçisi Sumqayıtın eyniadlı komandasını üstələyib - 3:2. Digər görüşdə A qrupunda yer alan TT həvəskarlardan ibarət “Karasu” üzərində 9:4 hesablı qələbə qazanıb. İkinci turun oyunları mayın 19-da və 20-də baş tutacaq. Səkkiz komandanın 2 qrupda mübarizə apardığı yarışın 4 ən güclü kollektivi yarımfinalda iştirak hüququna yiyələnəcək.
Qeyd edək ki, birinci tur çərçivəsində öncə keçirilmiş qarşılaşmalarda “Qarabağ veteranları” “Ekol”a (4:1), “Olimp” isə “İnteqral”a (10:1) qalib gəlmişdi.
Qeyd edək ki, birinci tur çərçivəsində öncə keçirilmiş qarşılaşmalarda “Qarabağ veteranları” “Ekol”a (4:1), “Olimp” isə “İnteqral”a (10:1) qalib gəlmişdi.
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
0
0