Azərbaycanın iki boksçusu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb - YENİLƏNİB
17.05.2008 - 14:34
Azərbaycanın iki boksçusu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb - YENİLƏNİB
Bu barədə “APA-Sport” agentliyinə məlumat verən qaynağın sözlərinə görə, idmançını dünən axşam saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Polis V. Ələkbərovla yanaşı, hazırda yığma komandanın şərəfini qoruyan Romal Amanovu da saxlayıb. Məlumata görə, V. Ələkbərov konkret şikayət əsasında saxlanılıb. İdmançının ona borcu olan şəxslə arasında yaranmış insidentə görə saxlanıldığı da bildirilib. Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev məlumatlandırılıb.
A. Abiyev APA-ya açıqlamasında ona da belə bir məlumat verildiyini təsdiqləyib: “Vüqar Ələkbərov 2005-ci ildən yığmada çıxışını başa vurub. İndi o, Rusiyada yaşayır və Moskvada biznesi var. Eşitdiyimə görə, Vüqar biznes işləri ilə bağlı Bakıya gəlib və ona borclu olan adamdan pulunu tələb edib. Onlarla görüşü zamanı insident yaranıb. Bu prosesin necə olduğunu dəqiq bilmirəm. Amma Romal Amanov bu insidentdə iştirak etməyib. Vüqar hadisə yerindən hansısa bir yeməkxanaya gedib, orda Romalla görüşüb. Bu vaxt DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yeməkxanaya daxil olublar və onların hər ikisini saxlayaraq, idarəyə aparıblar. Tam əminliklə deyə bilərəm ki, Romalın bu məsələ ilə əlaqəsi yoxdur. Çünki Romal belə işlərə və insidentlərə qarışacaq insan deyil”. A. Abiyev bu məsələnin hüquq müstəvisində araşdırılmasının tərəfdarı olduğunu, prosesə müdaxilə etməyəcəyini deyib.
DİN-in mətbuat xidməti sorğuya cavab verməyib.


0