DİN tanınmış boksçu Vüqar Ələkbərovun saxlanıldığını təsdiqləyib
17.05.2008 - 21:53
Bu barədə “APA-Sport” agentliyinə məlumat verən qaynağın sözlərinə görə, idmançını dünən axşam saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya açıqlamasında V. Ələkbərovun saxlanıldığını təsdiqləyib. Onun sözlərinə görə, V. Ələkbərov bir vətəndaşın şikayəti əsasında saxlanılıb: “Şikayətdə bildirilib ki, Vüqar Ələkbərov bir nəfəri hədələyərək, ondan 10 min dollar tələb edib. Buna görə, həmin şəxsin özünə və sürücüsünə fiziki təzyiq göstərib və maşınını girov götürüb. Vətəndaş da bununla bağlı polisə müraciət edib”. Agentliyin V. Ələkbərovla yanaşı, hazırda boks üzrə yığma komandanın üzvü Romal Amanovun da saxlanılması ilə bağlı sualına cavabında isə S. Gözəlov bildirib ki, hazırda bu hadisə ilə bağlı yalnız V.Ələkbərov saxlanılıb.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0