Teymur Rəcəbov “M-Tel Masters” superturnirinin qalibi olmaq şansını itirib
18.05.2008 - 11:12
Sofiya. Mehman Süleymanov – APA-Sport. Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “M-Tel Masters” superturnirində qələbə seriyası qırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, son iki görüşündə qalib gələn 21 yaşlı beynəlxalq qrossmeysterimiz IX turda bolqarıstanlı İvan Çeparinovla heç-heçə edib. T.Rəcəbova 1-ci yer uğrunda qələbə qazanmaq vacib olduğu halda, ağ fiqurlarla oynayan həmyerlimiz üstünlüyündən istifadə edə bilməyib. Tərəflər 32-ci gedişdə xalları yarı bölməyə razılıq verib. Bununla da “M-Tel Masters” superturnirində heç-heçələrinin sayını 6-ya çatdıran T.Rəcəbov yarışın qalibi olmaq şansını itirib. Vasili İvançukla (Ukrayna) Levon Aronyanın (Ermənistan) görüşü də sülhlə başa çatdığı halda, Bu Xianqzi (Çin) yarışın lideri Veselin Topalovu (Bolqarıstan) məğlub edib. 9 turdan sonra hesabında 7 xal olan V.İvançuk liderliyini bir qədər də möhkəmlədib. Ondan 1 xal geri qalan V.Topalov əvvəlki tək 2-ci yerdə qərarlaşıb. T.Rəcəbov 5 xalla pillədəki mövqeyini qoruyub. Son üç yeri müvafiq olaraq İ.Çeparinov (4 xal), B.Xianqzi ilə L.Aronyan (hər ikisi 2,5 xal) tutur.
Qeyd edək ki, bu gün keçiriləcək son turda T.Rəcəbov digər bolqarıstanlı şahmatçı V.Topalovla görüşəcək. Şahmatçımız 2-ci yer uğrunda qarşılaşmada mütləq qələbə qazanmalıdır. T.Rəcəbov bu dəfə qara fiqurla oynayacaq.
Qeyd edək ki, bu gün keçiriləcək son turda T.Rəcəbov digər bolqarıstanlı şahmatçı V.Topalovla görüşəcək. Şahmatçımız 2-ci yer uğrunda qarşılaşmada mütləq qələbə qazanmalıdır. T.Rəcəbov bu dəfə qara fiqurla oynayacaq.
0
0