Azərbaycan samboçuları Avropa çempionatını 3 qızıl, 3 gümüş, 5 bürünc medalla başa vurublar
19.05.2008 - 10:06
Azərbaycan samboçuları Avropa çempionatını 3 qızıl, 3 gümüş, 5 bürünc medalla başa vurublar
Brest. Elşən Məmmədov-APA-Sport. Belarusun Brest şəhərində yeniyetmə və gənc samboçular arasında Avropa çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycan pəhləvanları ümumilikdə 3 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar. Yeniyetmələrin mübarizəsində Orxan Cəlalovla (48 kq) Rəşid Şamilzadə (56 kq) qızıl, Vüqar Məmmədov (52 kq) gümüş, Samir Kərimov (70 kq), Azər Ağayev (75 kq) və Sadiq Əhmədov (87 kq) bürünc medala yiyələniblər. Gənclər arasında isə Emil Həsənov (68 kq) qızıl, Əfqan Abdullayevlə (52 kq) Mirələm Ağamirov (82 kq) gümüş, Cavidan Qarayevlə (57 kq) Yaşar Abbasov (62 kq) bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, ümumilikdə 15 idmançımızın qüvvəsini sınadığı qitə birinciliyində yeniyetmələrdən Ruslan Rəşidi (60 kq), Səfər Aşumov (65 kq) və Seymur Heydərov (81 kq), gənclərdən isə yalnız Elvin Məmmədov (48 kq) mükafatsız qalıb.
0