Azərbaycan gimnastlarının Pekin Olimpiadasında yarışacaqları tarix dəqiqləşib
19.05.2008 - 15:50
Azərbaycan gimnastlarının Pekin Olimpiadasında yarışacaqları tarix dəqiqləşib
Bakı. Aqşin Əliyev - APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gimnastika proqramının püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, çoxnövçülüyün təsnifat mərhələsinə qatılacaq Azərbaycanın qrup hərəkətləri üzrə milli komandası 5 iplə hərəkətləri avqustun 21-də sayca 8-ci kollektiv qismində nümayiş etdirəcək. Həmin gün fərdi yarışda qüvvəsini sınayacaq Aliyə Qarayeva və Dinarə Gimatova da mübarizəyə qoşulacaqlar. Onların bəxtinə müvafiq olaraq, 8 və 12 sıra nömrələri düşüb. Həmyerlilərimizlə birgə fərdi mübarizədə 24 idmançı çıxış edəcək. Ertəsi gün milli komandamız 3 halqa və 4 gürzlə kompozisiyanı 2-ci göstərəcək. Həmçinin, avqustun 22-də A.Qarayeva və D.Gimatova gürzlərlə son çıxışlarını 20-ci və 24-cü idmançı qismində yerinə yetirəcəklər.
0