Zaur Ramazanov Azərbaycan çempionu olub
19.05.2008 - 17:41
Zaur Ramazanov Azərbaycan çempionu olub
Ağdam. Elşən Məmmədov-APA-Sport. Ağdamın Quzanlı kəndində keçirilən kikboksinq üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatına yekun vurulub. Bu haqda «APA-Sport» agentliyinə Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyev məlumat verib. Onun sözlərinə görə, ölkə birinciliyində Bakı şəhərinin 20 klubunun, eləcə də 26 bölgənin 319 idmançısı mübarizə aparıb. Yeniyetmələrin mübarizəsində Kamran Orucov (42 kq), Şaban Şahpələngov (45 kq), Şakir Xəlilov (48 kq), Royal Bağırov (51 kq), Məhəmməd Nəsirov (54 kq), Zaur Ramazanov (57 kq), İsmət Ağazadə (60 kq), Rövşən Haqverdiyev (63,5 kq), Bəymurad Novruzov (67 kq), İsmayıl Əliyev (71 kq), Vahid Hüseynov (75 kq), Atar Orucov (+75 kq) I yeri tutub. Gənclərin yarışında isə Elşad Ələskərov (48 kq), Elçin Bayramov (51 kq), Sərxan Mədətov (54 kq), Cahandar Əliyev (57 kq), Nicat Məmmədli (60 kq), Vaqif Bəhlulzadə (63,5 kq), Tural Qafarov (67 kq), Orman Səfərov (71 kq), Nail Salyayev (75 kq), Musa Mirzəzadə (81 kq), Valeh Salahov (+81 kq) fərqlənib.
0