Azərbaycan yığmasının məşqçiləri Avropa kubokunda idmançı kimi yarışacaqlar
20.05.2008 - 12:11
Azərbaycan yığmasının məşqçiləri Avropa kubokunda idmançı kimi yarışacaqlar
Bakı. Elşən Məmmədov-APA-Sport. İyunun 11-də Rusiyanın Moskvaətrafı vilayətinin Ramenskoe şəhərində start götürəcək klublararası Avropa kubokunda Azərbaycanı təmsil edəcək badmintonçular müəyyənləşiblər. Bu haqda «APA-Sport» agentliyinə Badminton Federasiyasının baş katibi Mirzə Orucov məlumat verib. Onun sözlərinə görə, beş gün davam edəcək yarışda ölkəmizin şərəfini 6 kişi və 4 qadın idmançı qoruyacaq. Kişilərin mübarizəsində millimizin baş məşqçisi Ceyhun Məmmədəliyev və Cavanşir Əlizadə oyunçu qismində meydançaya çıxacaqlar. M.Orucov bildirib ki, məşqçilər səviyyəcə sırf badmintonçu kimi çıxış edəcək Kənan Rzayev, Tural Rəsulov, Orxan Qələndərov və Kərim Musayevdən geri qalmırlar. Bu səbəbdən, qənaətbəxş nəticə göstərmək üçün məşqçilər də qüvvələrini sınayacaqlar. Qadınların yarışında isə Nərgiz Mehdiyeva, Alla Vlasyuk, Pərvin Əlizadə və Günay Hüseynovaya şans veriləcək.
Qeyd edək ki, həm kişi, həm də qadınların mübarizəsində hər komandada əsas oyunçu qismində 3 idmançı yer alacaq.
0