Türkiyə milli komandası iyulda Bakıya gələcək
20.05.2008 - 12:57
Bakı. Aqşin Əliyev - APA-Sport. 21 yaşadək oğlanlardan və qızlardan ibarət otüstü hokkey üzrə yığmalar arasında Avropa çempionatı Çellenc yarışının təqvimi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, oğlan hokkeyçilərimiz iyulun 20-dən 26-dək Bakıda mübarizə aparacaqlar. Çempionatda beş kollektiv - Azərbaycan, Cəbəllütariq, Yunanıstan, Slovakiya və Türkiyə bir dövrəli sistemə uyğun mübarizə aparacaq. Milli komandamız ilk görüşünü iyulun 21-də Slovakiyaya qarşı keçirəcək. Növbəti günlərdə hokkeyçilərimiz Türkiyə (23 iyul), Yunanıstan (25 iyul) və Cəbəllütariqi (26 iyul) sınağa çəkəcəklər. Yığmamızın iştirakı ilə bütün oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Yekunda birinci yeri tutacaq komanda Avropa çempionatı Trofi yarışına vəsiqə qazanacaq.
Buna paralel olaraq, xanım idmançılarımız Avstriyanın paytaxtı Vyanada qüvvələrini sınayacaqlar. Burada yeganə vəsiqə uğrunda 4 yığma mübarizəyə qoşulacaq. Milli komandamız iyulun 22-də Türkiyə, ertəsi gün meydan sahibləri ilə qarşılaşacaq. İyulun 25-də isə Azərbaycan və Slovakiya arasında görüş baş tutacaq. Bundan bir gün sonra 1-ci və 3-cü yerlər uğrunda matçlar keçiriləcək. Turnirin qalibi gələn il Avropa çempionatı Trofi yarışında iştirak hüququna yiyələnəcək.
Qeyd edək ki, gənc hokkeyçilərin qitə birinciliyində Çellenc divizionunda ən aşağı səviyyəli komandalar çıxış edirlər.

0
0