Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Dünya Kubokunda medalsız qalıb
21.05.2008 - 10:09
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Dünya Kubokunda medalsız qalıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın güllə atıcı Ruslan Lunyov Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunda çıxışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, 19 yaşlı idmançı zəif nəticə göstərdiyi üçün fəxri kürsüyə yüksələ bilməyib. R.Lunyov 10 metrlik məsafədən hədəfə pnevmatik tapança ilə atəş açmada 571 xal toplayaraq, 58-ci yeri tutub. Eyni zamanda, digər həmyerlimiz Şükürağa Eyvazov da mübarizəni erkən dayandırıb. Aktivinə 566 xal yazdıran Ş.Eyvazov 76-cı olub. Beləliklə, güllə atıcılarımızdan heç biri ilk “səkkizliy”ə düşə bilmədiyindən final mərhələsinə adlamağı bacarmayıb.
Qeyd edək ki, R.Lunyov üç gün öncə 50 metrlik məsafədən pnevmatik tapança ilə atəş açma yarışında 525 xalla 56-cı yerlə kifayətlənmişdi.
0