Azərbaycan taekvondoçusu Rəşad Əhmədov Pekin Olimpiadasına Koreyada hazırlaşacaq
21.05.2008 - 13:36
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan taekvondo yığması Koreyanın paytaxtı Seulda təlim-məşq toplanışı keçəcək. Bu barədə “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, iyunun 13-də başlanacaq hazırlıq prosesində 4 idmançı - Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış yeganə taekvondoçumuz Rəşad Əhmədov, eləcə də Avropa çempionu Elnur Amanov, dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramov və Rövşən Məmmədov iştirak edəcəklər. Təlim-məşq toplanışı çərçivəsində milli komandanın üzvləri Seulda təşkil olunacaq beynəlxalq turnirə qatılacaqlar. Bu, olimpiada ərəfəsində R.Əhmədovun çıxış edəcəyi son yarış olacaq. Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayevin başçılıq etdiyi nümayəndə heyəti iyulun 13-də vətənə dönəcək.
Qeyd edək ki, bu ilin yanvarında Pekinə Olimpiadasına vəsiqə qazanmış R.Əhmədov zədədən qorunmaq üçün indiyədək heç bir yarışda mübarizə aparmayıb.
Qeyd edək ki, bu ilin yanvarında Pekinə Olimpiadasına vəsiqə qazanmış R.Əhmədov zədədən qorunmaq üçün indiyədək heç bir yarışda mübarizə aparmayıb.
0
0