Azərbaycan idmançılarından ən tez Pekin Olimpiadasına Camal Rəhimov gedəcək
21.05.2008 - 13:43
Bakı. Elşən Məmmədov-APA-Sport. 2008-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan idmançılarından Pekinə ən tez Camal Rəhimov gedəcək. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. Onun sözlərinə görə, atçılıq növündə Pekin Olimpiadasında ölkəmizi təmsil edəcək C.Rəhimov Çinin paytaxtına iyulun 5-də yollanacaq. Olimpiya Oyunlarının Təşkilat Komitəsi atların karantindən keçirilməsi üçün nüfuzlu yarışa bir ay qalmış Pekində olmasını məqsədəuyğun sayıb. C.Rəhimovun Olimpiadada sınaqdan çıxaracağı iki at hazırda Almaniyada saxlanılır. O, şəxsi məşqçisi və atları ilə birgə Almaniyadan birbaşa Çinə təyyarə ilə yola düşəcək. Qalan idmançılarımız isə Pekinə iyulun 30-da, avqustun 6-da və 16-da yollanacaqlar.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0