Yaqub Eyyubov: “İçərişəhər” kompleksi “Bakı-2016”nın mədəniyyət proqramına daxil edilib”
21.05.2008 - 15:45
Bakı. Elşən Məmmədov - APA-Sport. “İçərişəhər” tarixi memarlıq kompleksi Bakının ev sahibliyi etməyə namizəd olduğu 2016-cı il Yay Olimpiya Oyunları ilə bağlı mədəniyyət proqramına daxil edilib. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, bunu “Bakı-2016”nın Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov Beynəlxalq Olimpiya Komitəsinin üzvləri ilə görüşündən sonra bildirib. Y.Eyyubov vurğulayıb ki, memarlıq kompleksinə aid olan və inşası XII əsrdə başa çatmış “Qız Qalası” abidəsi bizim eramızdan əvvəl VII - VI əsrlərdə tikilən daha qədim strukturun üzərində qərar tutub: “XV əsrə aid Şirvanşahlar Sarayı isə Azərbaycan memarlığının parlaq nümunəsidir. Bu abidə 2016-cı il olimpiadası ilə bağlı mədəniyyət proqramının mərkəzində dayanacaq”.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0