Azərbaycan kuboku uğrunda yarışın bütün yarımfinalçıları müəyyənləşib
22.05.2008 - 10:32
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə XIV Azərbaycan kuboku uğrunda yarışın bütün yarımfinalçıları müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, 8 komanda arasından növbəti mərhələyə “Araz”, “Qarabağ veteranları”, TT və “Sumqayıt” yüksəlib. “Sumqayıt”ın yarımfinala vəsiqə qazanması B qrupunda keçirilən üçüncü turun oyunlarından sonra rəsmiləşib. “Gənclik şəhəri”nin futzalçıları həvəskarlardan ibarət “Olimp” üzərində 6:2 hesablı qələbə qazanaraq, növbəti tura adlayıb. Turnirin favoriti “Araz” isə qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Bu gün A qrupunda keçiriləcək iki oyunla qrup mərhələsi yekunlaşacaq. “Qarabağ veteranları” - TT və “Ekol” - “Karasu” görüşləri formal xarakter daşıyacaq. Çünki bu matçların nəticələrindən asılı olmayaraq, “Qarabağ veteranları” və TT yarımfinala çıxıblar.
A qrupu
B qrupu
A qrupu
| Klub | o | q | h | m | t | x |
1 | Qarabağ vet. | 2 | 2 | 0 | 0 | 15-4 | 6 |
2 | TT | 2 | 2 | 0 | 0 | 16-6 | 6 |
3 | Ekol | 2 | 0 | 0 | 2 | 3-11 | 0 |
4 | Karasu | 2 | 0 | 0 | 2 | 7-20 | 0 |
B qrupu
| Klub | o | q | h | m | t | x |
1 | Araz | 3 | 3 | 0 | 0 | 25-7 | 9 |
2 | Sumqayıt | 3 | 2 | 0 | 1 | 23-8 | 6 |
3 | Olimp | 3 | 1 | 0 | 2 | 15-17 | 3 |
4 | İnteqral | 3 | 0 | 0 | 3 | 6-37 | 0 |
0
0