“Mançester Yunayted” Çempionlar Liqasının qalibi olub
22.05.2008 - 10:39
Moskva. Elşən Məmmədov-APA-Sport. İngiltərənin “Mançester Yunayted” klubu tarixində 3-cü dəfə Çempionlar Kubokunu qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Aleks Ferqyussonun komandası Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionunda keçirilən UEFA Çempionlar Liqasının (ÇL) final matçında İngiltərənin digər təmsilçisi “Çelsi”ni məğlubiyyətə uğradıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk yarıda Kriştiano Ronaldonun vurduğu qola fasilə ərəfəsində Frenk Lempard cavab verib. Slovakiyalı referi Lüboş Mixel tərəfindən artırılan 30 dəqiqəlik əlavə vaxtda da hesab dəyişməyib. Əvəzində “Çelsi”nin bombardiri Didye Droqba qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bununla belə, londonlular hesabı qorumağa və oyunun taleyini penaltilər seriyasına daşımağa nail olublar. Burada isə mançesterlilər daha üstün olublar. Baxmayaraq ki, 11 metrlik zərbələri qeyri-dəqiq yerinə yetirən ilk oyunçu məhz K.Ronaldo olub. “Çelsi”dən isə kapitan Con Terri və hücumçu Nikolya Anelka fərqlənə bilməyiblər. Beləliklə, “Mançester Yunayted” 1967-68 və 1998-99-cu illər mövsümlərindən sonra yenidən Avropa klubları arasında keçirilən ən nüfuzlu turnirin qalibi olub. 8 qol vuran K.Ronaldo İngiltərə premyer-liqasında olduğu kimi, ÇL-də də mövsümün ən yaxşı bombardiri sayılıb. “Mançester Yunayted”in heyətində 759-cu oyununu keçirən kapitan Rayan Giqqz isə bu göstəricidə Bobbi Çarltona məxsus rekordu təzələyib.
“Mançester Yunayted” – “Çelsi” - 1:1 (penaltilərlə - 6:5)
K.Ronaldo, 26 – Lempard, 45
Aleks Ferqyusson (“Mançester Yunayted”in baş məşqçisi): “Bu, karyeram ərzində Avropa kubokları, Şotlandiya kuboku, İngiltərə kuboku və digər ciddi oyunlarda penaltilər seriyasında qələbə qazandığım ilk oyun idi. Fikrimcə, qələbəyə layiq idik. İlk yarıda fantastik çıxış etdik, amma rəqib bərabərlik qolunu bəxt nəticəsində vurdu. Penaltilər seriyasında rəqib futbolçu Con Terri zərbəni vurarkən, sürüşdükdə düşündüm ki, biz mütləq qələbə qazanacağıq. Bu, möhtəşəm nailiyyətdir. Mən oyunçularımla fəxr edirəm. Yenidən qələbə qazandığımız üçün böyük fərəh və sevinc hissi keçiririk”.
Avram Qrant (“Çelsi”nin baş məşqçisi): “Məğlubiyyətə baxmayaraq, oyunçularımla, komandamla və bu mövsüm göstərdiyimiz nəticələrlə fəxr edirəm. Bu sözləri paltardəyişmə otağında da futbolçulara dedim. Bu gün komandamız daha yaxşı nəzərə çarpırdı. Qələbəni biz qazanmalı idik. Lakin penaltilər seriyasında uduzduq. Hər halda, fikrimcə, əla mövsüm keçirdik”.

0
0