İspaniya yığmasının hokkeyçisi: “Komanda yoldaşlarımın dopinq qəbul etmələri ilə bağlı iddialar absurddur”
22.05.2008 - 12:30
Bakı. Aqşin Əliyev - APA-Sport. “İspaniyalı hokkeyçilərin istifadəsi qadağan olunmuş dərman preparatı qəbul etmələri ilə bağlı iddialar absurddur”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu İspaniyanın “Marca” qəzetinə müsahibəsində bu ölkənin qadınlardan ibarət otüstü hokkey üzrə milli komandasının üzvü Rokio İbarra deyib. Ötən ay Bakıda keçirilmiş lisenziya xarakterli beynəlxalq turnirdə İspaniya yığmasının dopinq qalmaqalında günahlandırılmasına münasibət bildirən R.İbarra ittihamları əsassız sayıb: “Bakıda milli komandamızın üzvləri hamısı birgə qidalanırdı. Yəni, hər birimiz dopinqdə ilişə bilərdik. Açığı, yığmamızın adının belə məsələlərdə hallandırılması bizi narahat etmir. Bütün diqqətimizi Pekin Yay Olimpiya Oyunlarının hazırlığına yönəltmişik”. R.İbarra A testi müsbət nəticələnən iki hokkeyçini tanımadığını bildirib. Həmçinin, hokkeyçi İspaniyanın cəzalandırılmayacağına və olimpiadaya yollanacaqlarına inamını ifadə edib.
Qeyd edək ki, lisenziya xarakterli turnirin finalında İspaniyaya uduzduqdan (2:3) sonra Azərbaycan Beynəlxalq Otüstü Hokkey Federasiyasına rəqib oyunçuların dopinqdən yararlanmaları ilə bağlı şikayət edib. İki hokkeyçisindən götürülən analiz müsbət nəticələndiyindən İspaniyanın cəzalandırılacağı istisna deyil.

0
0