Çingiz Hüseynzadə və İlham Mədətov Avropa Olimpiya Komitəsinin seminarına yollanıblar
22.05.2008 - 18:03
Çingiz Hüseynzadə və İlham Mədətov Avropa Olimpiya Komitəsinin seminarına yollanıblar
Bakı. Elşən Məmmədov-APA-Sport. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov İtaliyanın Sorrento şəhərinə yollanıblar. “APA-Sport” agentliyinin məlumatına görə, onlar Avropa Olimpiya Komitəsinin (EOC) sayca 29-cu seminarında iştirak edəcəklər. Sabah başlanacaq tədbir 2008-ci il Pekin Yay Olimpiya Oyunları, 2009-cu ildə Finlandiyanın Tampere şəhərində təşkil ediləcək Avropa Gənclərinin Olimpiya Festivalı və 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarına həsr olunacaq. Öncə Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq və Beynəlxalq Olimpiya Komitəsinin icraçı direktoru Jilbert Fellinin hər üç yarışla bağlı məruzələri dinləniləcək. Daha sonra bu turnirlərinin təşkilat komitələri yarışlara hazırlığın gedişi haqda məlumat verəcəklər. İki gün davam edəcək tədbirin sonunda 2009-cu ildə EOC-un 30-cu seminarının keçiriləcəyi yer müəyyənləşəcək.
0