Azərbaycan kubokunun yarımfinalında “Araz” klubuna “Qarabağ veteranları” rəqib olub
23.05.2008 - 10:57
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə XIV Azərbaycan kuboku uğrunda yarışın qrup mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, ilkin mərhələnin son turunda A qrupu çərçivəsində iki oyun keçirilib. Bu qrupdan yarımfinala TT və “Qarabağ veteranları” yüksəldiyi qabaqcadan bilinsə də, görüş qrup liderliyi baxımından əhəmiyyət daşıyırdı. Rəqibinə 7:1 hesabı ilə qalib gələn TT ardıcıl üçüncü qələbəsini qazanıb. “Ekol” isə “Karasu”nu məğlub edərək (11:7) qrupda 3-cü yeri tutub. Beləliklə, TT mayın 27-də saat 17:30-da yarımfinalda “Sumqayıt”la qarşılaşacaq. Ardından Bakı İdman Sarayı “Araz” və “Qarabağ veteranları”nın ixtiyarına veriləcək. Ölkə kubokunun həlledici oyunu mayın 29-na təyin olunub.
Yekun cədvəl
A qrupu
B qrupu
Yekun cədvəl
A qrupu
| Klub | o | Q | h | m | t | x |
1 | TT | 3 | 3 | 0 | 0 | 23-7 | 9 |
2 | Qarabağ vet. | 3 | 2 | 0 | 1 | 16-11 | 6 |
3 | Ekol | 3 | 1 | 0 | 2 | 14-18 | 3 |
4 | Karasu | 3 | 0 | 0 | 3 | 14-31 | 0 |
B qrupu
| Klub | o | Q | h | m | t | x |
1 | Araz | 3 | 3 | 0 | 0 | 25-7 | 9 |
2 | Sumqayıt | 3 | 2 | 0 | 1 | 23-8 | 6 |
3 | Olimp | 3 | 1 | 0 | 2 | 15-17 | 3 |
4 | İnteqral | 3 | 0 | 0 | 3 | 6-37 | 0 |
0
0