Azərbaycan qılıncoynadanının Pekin olimpiadasında iştirak edib-etməyəcəyi iyunun 2-də bəlli olacaq
23.05.2008 - 15:43
Azərbaycan qılıncoynadanının Pekin olimpiadasında iştirak edib-etməyəcəyi iyunun 2-də bəlli olacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan qılıncoynadanı Səbinə Əmrahzadənin Pekin Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi iyunun 2-də bəlli olacaq. Bu haqda “APA-Sport” agentliyinə Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu məsələ Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) iyunun 2-də İsveçrənin Lozanna şəhərində keçiriləcək toplantısında müzakirə olunacaq. FİE-nin Milli Olimpiya Komitəsinin müraciəti əsasında, dünya reytinq sıralamasında 108-ci yeri tutan S.Əmrahzadəyə güzəştli kart verəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan qılıncoynadanları indiyədək keçirilən nüfuzlu beynəlxalq turnirlərdə uğursuz çıxış edərək Pekin olimpiadasına lisenziya qazana bilməyiblər.
0