Azərbaycan cüdoçusu Elnur Məmmədli Dünya Kubokunda bürünc medal qazanıb
25.05.2008 - 12:36
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan cüdocusu Elnur Məmmədli Rusiyanın paytaxtı Moskvada keçirilən super kateqoriyalı Dünya Kubokunun ikinci günündə bürünc medal qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançımız ilk görüşdə Əlibəy Baskayevə (Rusiya) uduzub. E. Məmmədli təsəlliverici görüşlərdə fransalı Aksel Klerje və iranlı Həmid Malik Məhəmmədiyə, 3-cü yer uğrunda isə rusiyalı Siracutdin Maqomedova qalib gələrək bürünc mükafatın sahibi olub. Bu çəkidə yarışan Elxan Rəcəbli isə ilk döyüşdə Hirodako Katoya (Yaponiya) uduzaraq mübarizəni dayandırıb. 90 kq çəki dərəcəsində Mehman Əzizov ilk görüşdə fransalı Herv Fişota qalib gəlsə də, rusiyalı Həsənbəy Taova uduzmaqla eyni taleyi yaşayıb. 100 kq çəki dərəcəsində azərbaycanı təmsil edən Mövlud Mirəliyev Yaroslav Rutkonu (Uktrayna) üstələdikdən sonra əvvəl Əshəb Kostoyev (Rusiya), təsəlliverici görüşdə isə Nodar Metreveliyə (Gürcüstan) uduzaraq 7-ci yerlə kifayətlənib.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0