Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev dünya rekordunu təzələyib
26.05.2008 - 10:49
Hər iki atlet Bakıda keçirilən “Federasiya kuboku”nda qənaətbəxş nəticə göstərdiyindən olimpiya yığmasının heyətinə daxil edilib. V.Nəzərov bildirib ki, Pekin Olimpiadasına yollanacaq digər üç idmançının adı yaxın bir ayda açıqlanacaq. Milli komandanın aparıcı üzvlərindən sayılan Turan Mirzəyevin hələlik heyətdən kənarda qalmasının isə obyektiv səbəbləri var. Baş məşqçinin sözlərinə görə, 69 kq çəki dərəcəsində yarışan T.Mirzəyev çiyin nahiyəsindən zədə aldığı üçün birdən qaldırmada cəhdləri uğursuz alınıb. Buna baxmayaraq, dünya çempionatının bürünc mükafatçısı olimpiadaya getmək şansını saxlayır. Ümumiyyətlə, “Federasiya kuboku”nda Akif Alıyev (56 kq), Zülfüqar Süleymanov (62 kq), Əfqan Bayramov (69 kq), Namiq Cəmilov (77 kq), İntiqam Zairov (85 kq), Nizami Paşayev (94 kq), Rövşən Fətullayev (105 kq) və Azər Mustafayev (+105 kq) qızıl medal qazanıblar. Yarışda xüsusilə, ikiqat dünya çempionu Nizami Paşayev yaxşı təsir bağışlayıb. İki illik diskvalifikasiyadan sonra ilk dəfə rəsmi turnirdə qüvvəsini sınayan 27 yaşlı idmançı birdən qaldırmada dünya rekordundan 1 kq artıq çəkinin, yəni 189 kq-ın öhdəsindən gəlib. Bundan başqa, Namiq Cəmilov Azərbaycan rekordunu təzələyib. 56 kq çəki dərəcəsində qızıl medala sahib çıxan 48 yaşlı Akif Alıyev isə “Federasiya kuboku”nun ən yaşlı çempionu olub.
Qeyd edək ki, ölkəmiz Pekin Olimpiadasında 5 atletlə təmsil olunacaq.
Qeyd edək ki, ölkəmiz Pekin Olimpiadasında 5 atletlə təmsil olunacaq.
0
0