Azərbaycan cüdoçuları Polşada keçirilən beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar
26.05.2008 - 11:22
Azərbaycan cüdoçuları Polşada keçirilən beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar
Bakı. Aqşin Əliyev - APA-Sport. Polşanın Şirk şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən beynəlxalq cüdo turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının heyətində yarışda 17 idmançı qüvvəsini sınayıb. Rəşad Həsənovla Rəşad Məmmədovun rəhbərlik etdiyi milli komandanın 5 üzvü fəxri kürsüyə yüksəlib. Belə ki, Vüqar Şirinli (55 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb. Əli Rzayev (50 kq), Fəqan Eminoğlu (60 kq) və Orxan Hacıağalı (66 kq) isə üçüncü yeri tutublar. Bundan başqa, xanım cüdoçumuz Elmira Mustafayeva (57 kq) yalnız finalda uduzaraq, gümüş medala sahib çıxıb. Yekunda 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Azərbaycan komanda hesabında 4-cü pillədə qərarlaşıb. Turnirdən sonra həmyerlilərimiz üçgünlük beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
0