Azərbaycan qılıncoynadanları Gürcüstanda keçirilən beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıblar
26.05.2008 - 14:20
Azərbaycan qılıncoynadanları Gürcüstanda keçirilən beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıblar
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın gənc qılıncoynadanları Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər. Bu haqda “APA-Sport” agentliyinə Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, Gürcüstana yollanan 14 təmsilçimizdən 6-sı fəxri kürsüyə yüksəlməyi bacarıb. Sablyaçı qızların birinciliyində finalda bacısı Sevinci məğlub edən Sevil Bünyatova qalib gəlib. Yusif Budaqovla Namiq Ağarəhimov sablyaçı oğlanların yarışında müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. Şpaqa üzrə birincilikdə isə Elmira Xudaverdiyeva və Etibar Namazov bürünc medal qazanıblar.
0