Azərbaycanın kamandan oxatanları Dünya Kubokunda çıxış edəcəklər
26.05.2008 - 15:23
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın kamandan oxatanları Dünya Kubokunda mübarizə aparmaq üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıblar. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək. Mayın 28-də start götürəcək turnirdə Emil Akçurin, Roman Vengerov, Svetlana Simonova və Səidə Orucova qüvvələrini sınayacaqlar. Oxatanlar Dünya Kubokuna baş məşqçi Mariya Tselkovskayanın rəhbərliyi altında hazırlaşıblar. Tam heyət formalaşmadığı üçün təmsilçilərimiz komanda deyil, yalnız fərdi yarışlara qatılacaqlar. Dünya Kuboku dörd gün davam edəcək.
Qeyd edək ki, kamandan oxatma yarışlarında hər milli komanda 3 nəfərdən ibarət olur.
Qeyd edək ki, kamandan oxatma yarışlarında hər milli komanda 3 nəfərdən ibarət olur.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0