Azərbaycan badmintonçuları Madriddə uğursuzluğa düçar olublar
26.05.2008 - 17:10
Madrid. Elşən Məmmədov-APA-Sport. İspaniyanın paytaxtı Madriddə keçirilən badminton üzrə beynəlxalq turnirə yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, sayca XXI dəfə keçirilən yarışda ilk dəfə Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Belə ki, yığmamızın baş məşqçisi Ceyhun Məmmədəliyevin rəhbərliyi altında badmintonçularımız Kənan Rzayevlə Orxan Qələndərov çıxış ediblər. Lakin təmsilçilərimiz həm fərdi, həm də qoşa mübarizədə təsnifat mərhələsinin ilk görüşündəcə uğursuzluğa düçar olublar. Belə ki, fərdi mübarizədə hər iki idmançımızın qarşısını almaniyalı badmintonçular kəsiblər. K.Rzayev Filip Mertsə 7:21, 9:21, O.Qələndərov isə Marsel Röyterə 2:21, 6:21 hesabı ilə yeniliblər. Qoşa yarışlara gəldikdə, K.Rzayev - O.Qələndərov dueti Alexandro Barriqa – Ernesto Velaskes (İspaniya) cütünə məğlub olub – 8:21, 12:21.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0