Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu Moldovaya qarşı keçirəcək
27.05.2008 - 16:05
Bakı. Elşən Məmmədov-APA-Sport. İyunun 8-də Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək Avropa çempionatının IV seçmə mərhələsinə qatılacaq Azərbaycanın reqbi üzrə yığma komandasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə Reqbi Federasiyasının prezidenti Eldəgiz Rəfibəyli məlumat verib. Onun sözlərinə görə, I qrupda yer alacaq millimiz yarışın ilk günündə 3 görüşə çıxacaq. Yığmamız ardıcıl olaraq, Moldova, Ukrayna və Latviyanı sınağa çəkəcək. İyunun 9-da isə komandamızın rəqibi Yunanıstan olacaq. Qonşu ölkəyə 13 nəfər yollanacaq. Nümayəndə heyətinin rəhbəri E.Rəfibəyli həm də oyunçu kimi meydançaya çıxacaq. Ruslan Əfəndiyev məşqçi, Zülfüqar Nəbiyev komandanın rəisi olacaq. Digər oyunçular isə Əli Ələkbərov, Eldar Nəsrullayev, İlqar Qubadov, Zahid Sədmalıyev, Rinard Əliyev, Emin Ağayev, Aleksey Borovski, Asif Namazov, Natiq Mövsümov və Fuad Əsgərov olacaqlar.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0