Rusiya yığmasının baş məşqçisi: “Azərbaycan milli komandasını ciddi rəqib saymıram”
27.05.2008 - 18:10
Bakı. Elşən Məmmədov-APA-Sport. “Beynəlxalq yarışlarda əsas rəqiblərimiz Türkiyə, İran, Ukrayna, Azərbaycan, Ermənistan və Özbəkistandır. Amma düzü, mən onları ciddi rəqib saymıram”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın sərbəst güləş üzrə yığma komandasının baş məşqçisi Dzambolat Tedeyev deyib. D.Tedeyev bildirib ki, adlarını çəkdiyi ölkələrin təmsilçiləri arasında Rusiya pəhləvanlarını məğlub etməyə hər kateqoriyada cəmi bir idmançı qadir ola bilər: “Biz hər bir kateqoriyada ikinci və ya üçüncü nömrəli pəhləvanımızı yarışa buraxa bilərik. Həmin güləşçi də istənilən səviyyəli yarışda, o cümlədən olimpiadada qızıl medal uğrunda mübarizə aparmağı bacarar”.
Qeyd edək ki, həm Rusiya, həm də Azərbaycan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə tam heyətlə – 7 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, həm Rusiya, həm də Azərbaycan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə tam heyətlə – 7 idmançı ilə təmsil olunacaq.
0
0