Bakının “İnter” klubu tarixində ilk dəfə Azərbaycan çempionu olub
29.05.2008 - 10:47
Ukraynalı baş məşqçi Valentin Xodukinin çalışdırdığı komandaya çempion olmaq üçün “Qəbələ” üzərində qələbə qazanmaq lazım idi. Bunu böyük hesablı qələbə ilə rəsmiləşdirən “İnter” “Olimpik”lə xallarının sayını bərabərləşdirib. Əsasnaməyə görə, komandaların xalları eyni olduqda qələbə sayı əsas götürülür. “İnter” həm qələbələrin sayında, həm şəxsi oyunlarda, həm də top fərqində “Olimpik”dən üstün olduğundan tarixində ilk dəfə Azərbaycan çempionu adına sahib çıxıb. “Olimpik” isə gümüş medal və UEFA kubokuna vəsiqə ilə kifayətlənib. Həm “İnter”, həm də “Olimpik” tarixlərində ilk medal qazanmaqla yanaşı, avrokuboklarda ölkəmizi təmsil etmək hüququ qazanıb. Bərdənin ABN klubu oyuna gəlmədiyindən bürünc mükafatı vaxtından əvvəl özü üçün təmin edən “Neftçi” tarixində ilk dəfə İntertotoda mübarizə aparacaq. Mükafatçılar sırasında kənarda qalsa da, Azərbaycan kubokunu ardıcıl ikinci mövsüm qazanan “Xəzər-Lənkəran” üç illik fasilədən sonra UEFA kubokunda mübarizə aparacaq. Premyer Liqada yerlərini itirən Sumqayıtın “Gənclərbirliyi” və Bərdənin ABN klublarını paytaxt təmsilçiləri – “Bakılı” və MOİK əvəzləyəcək.
27 may
“Masallı” – “Karvan” – 4:1
Huqo Santos, 26, Teymur Dadaşov, 35, Vüqar Nadirov, 52, 70 – Samir Abdulov, 77
“Standard” – “Gənclərbirliyi” – 3:2
Anhel Qutyerres, 23, Dan Pisla, 60, Oqnen Paripoviç, 65 – İsmayıl Məmmədov, 69, Tomislav Staniç, 80
“Bakı” – “Turan” – 2:2
Fernando Peres, 50, 84 – İrakli Beraya, 5, 19
28 may
“Simurq” – “Xəzər-Lənkəran” – 1:1
David Bolkvadze, 20 – Zaur Ramazanov, 10
“Olimpik” – “Qarabağ” – 0:1
Zaur Həşimov, 82
“İnter” – “Qəbələ” – 4:0
Roman Quello, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 77
“Neftçi” – ABN - +:- (3:0)
Turnir cədvəli
Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 19, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”), Valter Quqlemon (“İnter”) - 11.
Qeyd edək ki, XVII milli çempionat avqustda start götürəcək.

| Klub | O | q | h | m | t | x |
1 | İnter | 26 | 18 | 4 | 4 | 55-18 | 58 |
2 | Olimpik | 26 | 17 | 7 | 2 | 29-7 | 58 |
3 | Neftçi | 26 | 16 | 7 | 3 | 42-18 | 55 |
4 | Xəzər-Lənkəran | 26 | 14 | 10 | 2 | 44-16 | 52 |
5 | Qarabağ | 26 | 11 | 8 | 7 | 25-16 | 41 |
6 | Qəbələ | 26 | 11 | 3 | 12 | 33-36 | 36 |
7 | Simurq | 26 | 9 | 9 | 8 | 31-25 | 36 |
8 | Bakı | 26 | 8 | 11 | 7 | 35-26 | 35 |
9 | Standard | 26 | 8 | 8 | 10 | 36-26 | 32 |
10 | Masallı | 26 | 8 | 6 | 12 | 30-40 | 30 |
11 | Karvan | 26 | 5 | 5 | 15 | 23-36 | 23 |
12 | Turan | 26 | 4 | 6 | 16 | 21-49 | 18 |
13 | Gənclərbirliyi | 26 | 4 | 2 | 20 | 21-68 | 14 |
14 | ABN | 26 | 2 | 6 | 18 | 12-56 | 12 |
Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 19, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”), Valter Quqlemon (“İnter”) - 11.
Qeyd edək ki, XVII milli çempionat avqustda start götürəcək.
0
0